Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına səfəri çərçivəsində bu ölkənin parlamentinin birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb. ONN media xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda, parlament diplomatiyasının və parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğu bildirilib. Söhbət zamanı 2017-ci ilin Azərbaycan və İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu qeyd olunub və bu müddət ərzində ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan siyasi dialoqun formalaşdığı vurğulanıb. Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verib, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir yolu xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb. İqtisadi münasibətlərə gəldikdə isə tərəflər İsveç şirkətlərinin Azərbaycanda fəaliyyətini təqdir edərək qarşılıqlı sərmayələrin artırılmasının vacibliyini qeyd ediblər. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu vurğulayıblar. Söhbət zamanı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində oynadığı rola da toxunulub. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Məlumat AZƏRTAa istinadən verilib
Azərbaycan və İsveç parlamentləri arasında əməkdaşlığın inkişafı yolları müzakirə olunub



Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
Bakıda Lavrovla nələr müzakirə edildi?
Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb
Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb
Elmar Məmmədyarov Bolqarıstanda nələri müzakirə edib?
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Məmmədyarov yeni səfirlə görüşdü
XİN başçısı yeni səfirlə görüşdü
XİN rəhbəri xanım Birçalla görüşdü - Foto
Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 