"Azərbaycan dövlətinin güclü olması xaricdə olan bəzi qüvvələri çox narahat edir".
ONN media xəbər verir ki, bunu İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.
Fond sədri bildirib ki, bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr var: "Ümumiyyətlə, kənardan gələ biləcək təhdidlərə qarşı Azərbaycan dövləti öz immunitetini formalaşdırıb. Son narahatverici məqamlardan biri də din pərdəsi altında ayrı-ayrı pozucu qrupların Azərbaycan dövlətinə qarşı təhdid cəhdləri və bəzi qonşu dövlətlərin bu prosesdə aktiv iştirak etməsidir. Ancaq Azərbaycan dövləti və xalqı olaraq bu proseslərdən narahat olmağımıza ehtiyac yoxdur. Birinci növbədə bizim oturuşmuş güclü dövlətimiz var və özünü müdafiə etmək bacarığına sahib hüquq mühafizə orqanlarımız mövcuddur. Artıq biz ötən əsrin 90-cı illərində yaşamırıq, yəni ordumuz, dövlətimiz yeni-yeni qurulmur. Bu gün tam oturuşmuş bir sistem var və hüquq mühafizə orqanları da kiminlə necə mübarizə aparacağını çox yaxşı bilir. Digər tərəfdən isə demək olar ki, Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr mövcuddur. Bu baxımdan birinci növbədə, dövlət bununla ciddi mübarizə aparmalıdır. İkinci növbədə, biz xalq olaraq, vətəndaşlar olaraq dövlətimizə bu məsələdə ciddi dəstəyimizi verməliyik. Son Gəncə, Sumqayıt hadisələrində də gördük ki, xalq dövlətin yanındadır. Dövlət öz üzərinə düşən vəzifə və öhdəliklərini yerinə yetirmək gücündədir. Ona görə də, həm dövlət, həm də xalq olaraq bu proseslərin öhdəsindən gəlmək qüdrətindəyik, bacarığındayıq. Bir sözlə, Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyən qüvvələrin arzusu ürəyində qalacaq. Bu dövləti müdafiə etmək və gələcək nəsillərə sağlam, sakit, əmin-aman bir dövlət olaraq ötürə bilmək üçün xalq dövlətin yanında olmalıdır, necə ki, var".



"Xarici qüvvələrin bu oyununa cavab veriləcək"
Bu biabırçılıqdır: onlar cəzalarını alacaq – Əli Həsənov
“Bu, dövlət, ordu və prezidentlə həmrəylik nümayişi idi” – “Generalımızın qisası artıqlamasilə alınır”
İlham Əliyev ELAN ETDİ: Erməni xalqı da belə yaşayacaq
Ramil Usubov: "Bəzi qüvvələr sabitliyi pozmağa çalışır, təxribatlara əl atırlar”
Azərbaycan hüquq müdafiəçiləri İranla bağlı BMT-yə MÜRACİƏT ETDİ
Azərbaycanda karantin sərtləşdiriləcək? - AÇIQLAMA
Polkovnik təxribat ehtimalından danışdı: Sülh müqaviləsi bağlanana qədər…
İlham Əliyevdən Paşinyanın hədələrinə cavab
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ürəyimiz Azərbaycan əsgərləri ilə döyünür - Spiker
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 