Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb. ONN media xəbər verir ki, BMT-nin yerli nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar. Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilib. Parkın açılışdan öncə yanvar-mart ayları ərzində “Workshop” formatında yaradıcılıq tədbirlərinin keçirilir. Təşəbbüsü təşkilatçı tərəflərlə yanaşı, Azərbaycan Mədəniyyət Nazirliyi dəstəkləyir. Yerli sakinlər və xarici qonaqların istifadəsinə açıq parkda Azərbaycan dövlətinin dünya ölkələri ilə olan dostluğunu əks etdirmək üçün müxtəlif səfir və nümayəndələr tərəfindən ağaclar əkiləcək. Parkda incəsənət nümunələrinin yerləşdirilməsi ilə yanaşı çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bir məkan kimi istifadə olunması nəzərdə tutulur. Qeyd edək ki, HEART, Arts Council Azerbaijan təşkilatının neft çəlləklərinin istifadədən sonrakı emalına töhfə vermək məqsədi ilə yaratdığı ekoloji layihədir.(trend)
Bakıda BMT Mədəniyyət Parkı yaradılır



İçəri şəhərdə Xocalıya həsr olunmuş rəsm sərgisi açılıb
Azərbaycan BMT-yə hesabat təqdim edəcək
Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq
Dahi bəstəkar Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq
Vyanada "Qəlbim Qarabağdadır" adlı sərginin açılışı olub
Azərbaycan BMT ilə yeni sənəd imzaladı
Şuşada rəsm sərgisi açıldı
Qobustan qayaüstü təsvirləri Bakıda
Hava şəraiti ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə zəruri tədbirlər görüləcək
İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı nə qədərdir?
Prezident “Gənclik” metrosu yanında yaradılan yeni parkda
Gürcüstanda yeni nazirlik yaradıla bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 