Azərbaycan Dillər Universitetində ölkəmizdə ilk dəfə olaraq serb dili və mədəniyyətinin tədrisinə başlanılıb.
ONN media Olaylar.az-a istinadla bildirir ki, ADU-da serb dilinin tədrisi ölkələrimizin siyasi əlaqələri yanaşı, iqtisadi, mədəni, humanitar, elmi və akademik sahələrdə də fəal əməkdaşlığının, mədəni bağlılığının möhkəmlənməsi, xalqlarımızın daha da yaxınlaşması, qarşılıqlı olaraq bir-birinin mədəniyyəti ilə tanış olması və ondan faydalanması üçün fürsətdir.
Dərslər universitetdə fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzində keçirilir. Universitetin tələbələri serb dilinin tədrisi ilə yanaşı, Serbiya mədəniyyəti, ədəbiyyatı, tarixi ilə yaxından tanış olurlar.
Mərkəzdə keçirilən dərslərdə Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyevin və digər elmi, akademik dairələrin nümayəndələrinin iştirakı ilə bu dili öyrənən tələbələrə Serbiyaya aid müxtəlif mövzuda seminarların keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycan Dillər Universiteti yalnız öz tələbələri üçün deyil, həmçinin serb dilinə maraq göstərən şəxslər üçün də bir şans yaradır.
Cari ilin noyabr ayından etibarən universitetdə fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə ödənişsiz serb dili dərsləri təşkil olunacaq. Tələbələr serb dilini başlanğıc səviyyəsindən inkişaf etdirə bilərlər.
Öyrəniləcək serb dilinin köməkliyi ilə tələbələr Avropanın Monteneqro, Xorvatiya, Serbiya, Makedoniya, Bosniya və Hersoqovinada rahatlıqla ünsiyyət qura biləcəklər.
Dərslər tələbənin tək qrammatika deyil, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, sürətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayacaq. Dərslər uzun müddət Serbiyada yaşamış, Serb dili və mədəniyyət mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidova tərəfindən aparılacaq. Maraqlanan şəxslər dərslərə yazılmaq üçün Serb dili və mədəniyyəti mərkəzinə (R.Behbudov küç.134, ADU-nun əsas binası, III mərtəbə, 301-ci otaq) müraciət edə bilərlər.



Bu ölkədə Azərbaycan dilinin tədrisinə başlanıldı
Bayram Tahirbəyov VƏFAT ETDİ
Əcnəbi rəsmilər Hüseyn Cavidə görə toplaşacaq
BDU-nun professoru vəfat edib
“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edildi
Novruz Məmmədov YENİ İŞ YERİNDƏ
Azərbaycanda universitetdə erməni dilinin tədrisinə başlanıldı
Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib - AÇIQLAMA
Türkoloq Afad Qurbanova həsr olunmuş kitab təqdim olunub
Milli Məclisin sədri vəzifəsinə namizəd kimdir? - TƏRCÜMEYİ-HAL
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Yerevanda tələbələr tətilə başladılar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 