ONN media xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Gənc Alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, ilin alimi, prezident mükafatçısı, gənc yazar Nərgiz İsmayılovanın GIZ-in (Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti) EPIC layihəsinin iştirakçıları ilə çox maraqlı bir görüşü baş tutub.
Gənc alim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkil etdiyi az təminatlı ailələrə və qaçqınlara sosial dəstək fonunda təşkil olunan “Xərçəngin həyatımızdakı rolu” , “Xərçəngə dair yazılan kitablar” mövzusunda vebinar keçib.
Vebinarda Ağdamlı gənclərlə yanaşı yaşlı nəslin nümayəndələri də iştirak edib.
Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)1 yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır. Baş ofisi Almaniyanın Eşborn şəhərində yerləşir. Rəhbəri 1 iyul 2012-ci il tarixindən Tanya Gönnerdir. GİZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət göstərir və 87 ölkədə nümayəndəliyə malikdir. GIZ Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə direktoru Sonya Fonteyndir. Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən İdarəetmə və iqtisadi inkişaf, Enerji və ətraf mühit, istiqamətlərini əhatə edən 6 layihə icra edilir. Ağdam üzrə Sosial Komponent layihə rəhbəri Məhbubə Musayeva, “Xərçəngin həyatımızdakı rolu”“Xərçəngə dair yazılan kitablar” mövzusunda layihə rəhbəri Əfsanə Əliyevadır.
Təlim əsnasında gənc yazarın xərçəng xəstələrinə dəstək üçün qələmə aldığı “Qardələn”, yeni kitabı “Metakədər” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə imzaladığı 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Nərgiz İsmayılova tərəfindən tərcümə edilərək Azərbaycan ictimaiyyətinə təqdim olunan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri də müzakirə olunub.
Sonda Nərgiz İsmayılova vebinar iştirakçılarının mövzuya və Naxçıvana dair verdikləri maraqlı sualları cavablandırıb.



Gənc alimlərin futbol çempionatı keçiriləcək
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
Kimlər gənc alim hesab olunacaq?
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Dövlət Xidməti ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb
Gələn həftə Üzeyir Hacıbəyli beynəlxalq müsabiqəsinin qalibləri açıqlanacaq
20 Yanvar günündə acı təsadüf- İnanılmaz
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
İstanbulda Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 