"Həm keçən ay və həm də bu ay üçün 190 manatın verilməsi təmin olunmalıdır. Sahibkarlara da yüksək səviyyədə dəstək verilməlidir".
ONN media xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, bütövlükdə qadağalar ona görə qoyulur ki, epidemiya sürətlə yayılmasın: "İndiki vəziyyətdə azalma tendensiyası var və bunu davam etdirmək lazımdır. Lakin görünən budur ki, insanlar gəlirlərindən məhrum olublar. Buna görə həm keçən ay və həm də bu ay üçün 190 manatın verilməsi təmin olunmalıdır. Sahibkarlara da yüksək səviyyədə dəstək verilməlidir. Çünki böyük əksəriyyət işdən məhrum olub. Misal üçün, bir şadlıq evi fəaliyyət göstərmirsə, onun süpürgəçisindən tutmuş qabyuyan personalına qədər hamısı ağır vəziyyətdədir. Bu insanların heç bir gəlir yerləri yoxdur. Dövlət bu istiqamətdə mütləq təşviqedici və dəstək xarakterli addımlar atmalıdır. Pandemiyadan sonra daha çox yoxsullaşmış əhali kütləsi ilə üz-üzə qalacağıq. Bu məsələdə indidən tədbirlərin görülməsi vacibdir. Burada insanların qaydalara riayət etməsi də vacibdir. Əgər vətəndaşlar buna riayət etsəydilər, bu qədər məhdudiyyətlər olmazdı. Rastlaşdığım xeyli insanlar olur ki, maskadan istifadə etmirlər. Məsələnin bu tərəfi də var ki, əgər məhdudiyyətlər götürülsə, yoluxma yenidən artacaq. İş yerlərinin açılmamasının əsas səbəbi də budur ki, kütləvi yerlərdə yoluxma hallarının artma riski mövcuddur".Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin — Millət vəkili



Fazil Mustafa Türkiyədəki tələbələrlə bağlı çağırış etdi
Sərt karantin tətbiq olunmalıdır, amma... - FAZİL MUSTAFA
Dövlət başçısı hər zaman vətəndaşının yanındadır - Millət vəkili
“Kirayədə yaşayan şəhid ailələri və qazilərin problem həll olunmalıdır" - DEPUTAT
“Rusiya XİN-ə nota verilməlidir” – Deputat Fuad Abbasov haqda
DTX-nın Neftçalada keçirdiyi bu əməliyyat... - Millət vəkili
Sahibkarlara şad xəbər
Belə mükafatlar bizi layiq olduğumuz dəyərə qovuşduracaq - Fazil Mustafa
Onlara cavab verə bilmirik - Millət vəkili
Bu şəxslərə 10 min manat maaş veriləcək?
Aztəminatlılara şad xəbər
Fazil Mustafa necə güllələnib?
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 