Karantin dönəmində toy mərasiminin keçirilməsi ciddi rezonansa səbəb olub. Sözügedən mərasimdə Milli Məclisin deputatı Siyavuş Novruzov və digər rəsmilərin iştirakı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. ONN media bildirir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, karantin qaydalarının pozulması məsuliyyətsizlikdir: “Covid-19 virusu ilə mübarizə tək tibbi mübarizə deyil. Bu mübarizədə qalib gəlməyin əsas şərti dövlət-vətəndaş münasibətlərində etimadın və intizamın yüksək səviyyədə olması, hər kəsin qanun və qaydalara sözsüz əməl etməsidir. Azərbaycan Prezidentinə xalq tərəfindən olan yüksək etimad bu mübarizədə bizim həm tibbi, sosial, həm də iqtisadi cəhətdən minimum itkilər verməmizə səbəb olmuşdur. Təbii ki, məhdudiyyətlərin səbəb olduğu ağır psixoloji durumun yaşandığı bir şəraitdə hər bir parlament üzvü öz davranışları ilə hər kəsə nümunə olmalı və virusla mübarizədə öndə olmalıdır. Milli Məclis rəhbərliyinin virusla mübarizədə son aylar göstərdiyi səylər hər bir deputata nümunədir. Ona görə də, mən bir deputat kimi karantin qaydalarının pozulmasına, dövlət-vətəndaş münasibətlərində etimadın azalmasına, deputatın nüfuzunun zərbə almasına gətirib çıxara bilən istənilən davranışı qınayır və belə bir davranışın Ali Qanunverici orqanın təmsilçisi tərəfindən edilməsini yolverilməz hesab edirəm”.(Unikal.org)
“Bu cür davranış yolverilməzdir” – MM-in Komitə sədri Tahir Mirkişili



Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Bu deputatlara maşın verilir - Siyahı
MM-də müzakirə- Rüstəmovla bağlı qərar verildi
Siyavuş Novruzovla bağlı Milli Məclis rəhbərliyindən VACİB AÇIQLAMA
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Karantin rejimi yenidən sərtləşdirilə bilər? - AÇIQLAMA
Sahibə Qafarova Pakistana gedir
MM-in komitə sədrləri məlum oldu - Tam siyahı
Bu şəxslərə ŞAD XƏBƏR: 40 milyon manat ayrıldı
Sahibə Qafarova Avstriyada rəsmi səfərdədir
ATƏT-də Xocalı məsələsi qaldırılacaq
4 partiya sədrinə vəzifə verildi
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 