Sosial sahibkarlıq sahəsində növbəti bir yeniliyə imza atılıb. Belə ki, İZZİ startapının ideyası 2020-ci ildə yaranıb.
Bu barədə layihə müəlliflərinin yaydığı məlumatda qeyd edilir: "Proqramçı komandamızı formalaşdırmağımızı və təlimləndirməsini partnyorlarımız SUP Akseleratorla, Next Step İnnovasiya mərkəzi və İnnoland inkubasiya və Akselerasiya mərkəzi birgə etdik və bir ildən çox İnnoland inkubasiya mərkəzinin rezidenti olduq. ABŞ və Kanadadan texniki məsləhətçilər cəlb edə bildik və 2021-ci ildə KOBİA tərəfindən startup şəhadətnazməsi aldıq və bu ilin aprel ayından veb səhifəmiz artıq fəaliyyətə başladı. Həmçinin, Avropada yerləşən və may ayında start veriləcək iki akkselerasiya proqramında rəqabətli seçim mərhələrindən sonra iştirak haqqı qazanmışıq. Təsisçilərimiz və komandamızın 60% xanımlardan ibarətdir".
Qeyd edilir ki, bazar müxtəlif qiymətlərlə fərqli xidmətlər təklif edən müxtəlif onlayn həllərdən ibarətdir: "Xidmət təklifləri bazarında bir və ya iki ev xidmətləri həllinə diqqət yetirən və onları veb-səhifə və ya tətbiq vasitəsilə satan bir neçə ixtisaslaşmış şirkətlər var. Lakin əksər hallarda müştərilər xidmət təminatçısından və ya onun podratçılarından razı qalmırlar.
Əsas fərqimiz sadə və istifadəsi rahat onlayn platformanın yaradılması idi. Regionda qadınlara ev xidmətləri dəstəyində boşluq var. Evdar xanımların qayğıları demək olar ki 80%-i ev işləri ilə əlaqəlidir. Digər tərəfdən, işləyən insanlar ev işləri və digər işlərlə məşğul olmaq üçün nə vaxt, nə də keyfiyyətli xidmət tapa bilmirlər. Bizim ali məqsədimiz insanlara məişət problemlərini ən qısa müddətdə və ən sərfəli qiymətlə həll edə biləcək uyğun icraçını seçməkdə kömək etməkdir. Məqsədimiz istifadəsi asan, bütün cihazlarda əlçatan və minimum vaxt sərfi ilə sürətli şəkildə konseptuallaşdırmaqla insanlara onlayn platforma vasitəsilə məişət problemlərini həll etməyə kömək etməkdir. Platforma 24/7 xidmətlər və müştəri dəstəyi, seçim etmək üçün xidmət təminatçıları bazası və təqdim olunan xidmətin təhlükəsizliyi və etibarlılığı ilə dəyər qatacaq.



Ülvi Mehdiyev Səlcuq Bayraqdarla görüşdü
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
İlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında
Polislər və jurnalistlər üçün yeni maska hazırlandı
Prezident "Asan Xidmət" mərkəzinin açılışını edib
Minimum əmək haqqı nə qədər artacaq?
Azərbaycanda Rusiyanın helikopterlərin təmiri mərkəzi yaradılıb
“AgroHackathon - 2020” müsabiqəsi başladı
Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı
ASAN-da bu xidmətin göstərilməsində problem yarandı
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 