Son zamanlar aqrokimyəvi maddələrin idxalı ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bəzi sahibkarlıq subyektləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sınaqları aparılmayan, o cümlədən qeydiyyatdan keçməyən və mənşəyi məlum olmayan bir sıra aqrokimyəvi maddələrin (pestisidlər, o cümlədən herbisidlər, funqisitlər, insektisidlər, defoliantantlar, akarisidlər və gübrələr) ölkəyə idxalı cəhdləri müşahidə olunur.
Bu barədə ONN media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Agentlik tərəfindən bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır. Eyni zamanda bildirilir ki, yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilib, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılıb, etiketləşdirilmiş pestisidlər və gübrələrin idxalına icazə verilir. Nəzərə almaq lazımdır ki, sınaqları aparılmamış, istifadəsi üçün müsbət rəy alınmayan və mənşəyi məlum olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi əhalinin sağlam qida məhsulları ilə təmin edilmsinə ciddi təhlükələr yaratmaqla yanaşı, əkinə yararlı məhsuldar torpaqların uzunmüddətli çirklənməsi və sıradan çıxmasına səbəb olur. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi təsərrüfat sahələrində çalışan insanların, həssas əhali qrupuna daxil olan hamilə qadınların, uşaqların, qocaların sağlamlığına ciddi fəsadlar törətməklə genofondumuza mənfi təsir göstərə biləcək hallara gətirib çıxara bilər.
Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, qeydiyyatdan keçməmiş bu cür aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalına cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.



Bu məhsulların ölkəyə gətirilməsi mümkün olmayacaq
AQTA sahibkarları cərimələməyə başlayıb
Ölkəyə gətirilən bu məhsullar geri qaytarıldı
AQTA sahibkarlara müraciət etdi
AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edildi
Mənşəyi bilinməyən heyvan əti aşkar edildi - Gəncədə
Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ
Rusiya Azərbaycanla bağlı məhdudiyyəti ləğv elədi
İçməli su ilə bağlı vətəndaşlara müraciət
Quş əti idxalı qadağan olunub? - AÇIQLAMA
“ASAN Xidmət” vasitəsilə 44 hüquqi şəxsə icazə verilib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 