Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib.
Nazirlikdən ONN media -ya verilən məlumata görə,Energetika Nazirliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və “Equinor” şirkətinin nümayəndələrinin iştirakı ilə alternativ və bərpa olunan enerji mənbələrinin mövcud vəziyyəti və bu mənbələrdən istifadə sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə dair iclas keçirilib. Ölkədə alternativ və bərpa olunan enerji mənbələri üzrə həyata keçirilən layihələr, prioritetlər və planlar barədə məlumat verilərək bildirilib ki, Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq məqsədi ilə alternativ və bərpa olunan enerji sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Belə görüşlərin keçirilməsində məqsəd “Equinor” şirkəti ilə alternativ enerji sahəsinin inkişafına təkan verəcək layihələrin birgə həyata keçirilməsinə nail olmaqdır.
“Equinor” şirkətinin meneceri Andres Yestad isə deyib ki, təmsil etdiyi şirkət gələcəkdə alternativ enerji layihələrinə daha çox investisiya yatırmağı planlaşdırır və 2030-cu ilə qədər investisiyaların 15%-i məhz bərpa olunan enerji layihələrinə yönəldiləcək.
Sonra “Equinor” şirkətinin “Yeni Enerji həlləri” mövzusunda təqdimatı dinlənilib.
Tədbirdə “Azərbaycanın alternativ enerji potensialı”, “Alternativ enerji layihələri və investisiya imkanları” barədə məruzələr edilib. Bildirilib ki, artıq 30-a yaxın sosial obyektdə bərpa olunan enerji mənbələri ilə bağlı layihələr həyata keçirilib. Bu sahənin inkişaf etdirilməsi üçün “Tik-təhvil ver” modelinin tətbiqinin vacibliyi və yeni qanun layihəsinin hazırlandığı qeyd edilib.
Müzakirələrin yekununda ikitərəfli əməkdaşlıq üçün perspektiv sahələrin seçilməsi, “Equinor” şirkəti tərəfindən əməkdaşlığa dair konkret təkliflərin təqdim edilməsi, gələcəkdə Energetika Nazirliyi ilə şirkət arasında əməkdaşlığa dair müqavilənin imzalanması məsələsinə baxılması qərara alınıb.



Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
“Siemens Gamesa” şirkəti ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
BP ilə Azərbaycanda alternativ enerji imkanları müzakirə edilib
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Energetika nazirliyində növbəti görüş keçirilib
Prezidentdən SƏRƏNCAM: Yeni Dövlət Agentliyi yaradıldı
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
BP və Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalandı
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 