Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirilib
Nazirlikdən ONN media -ya verilən məlumata görə, Energetika Nazirliyində nazir müavini Samir Vəliyevlə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində CAREC İnstitutunun direktoru Sanjaasuren Bayaraanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Sanjaasuren Bayaraa energetikanın əsas prioritet istiqamətlərindən biri olan CAREC proqramı və bu proqram çərçivəsində Azərbaycanla sıx əməkdaşlıqdan bəhs edib. Energetika Nazirliyinin CAREC-in müxtəlif tədbirlərində fəal iştirakı yüksək qiymətləndirilib. Görüşdə proqrama üzv dövlətlər arasında regionların elektrik enerjisi ilə etibarlı təminatı, energetika sahəsində yüksək texnologiyaların tətbiqi, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. CAREC proqramı çərçivəsində nazirliklə əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində görülən tədbirlər və qarşıya qoyulmuş hədəflər barədə məlumat verən nazir müavini Samir Vəliyev bu sahədə beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. CAREC proqramı çərçivəsində gələcəkdə əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji mənbələrinin tətbiqi və enerji səmərəliliyi sahəsində inkişaf etdirilməsini təklif edib.
Görüşdə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində qarşılıqlı səfərlərin və tədbirlərin keçirilməsi imkanları müzakirə edilib.



Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika Nazirliyində bu məsələlər müzakirə edilib
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Asiya İnkişaf Bankının vitse-prezidenti Energetika Nazirliyində olub
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
Energetika Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru ilə görüş keçirilib
Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 