Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə, oktyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 255 kubmetr təşkil etməklə ongünlük normanın 151 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 87 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 85 kubmetr təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4 santimetr artım, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 (2017-ci il oktyabrın 19-da 372 sm), Şirvanda 199 (2017-ci il oktyabrın 19-da 249 sm), Salyanda 141 (2017-ci il oktyabrın 19-da 224 sm), Bankədə 167 (2017-ci il oktyabrın 19-da 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetrə (2017-ci il oktyabrın 19-da 75 sm) bərabərdir.



Kür çayında suyun səviyyəsi artdı
Kürdə suyun səviyyəsi necədir?
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda suyun son vəziyyət
Kürdə suyun səviyyəsi azalıb
Kürdə son vəziyyət necədir? - ETSN
Kür çayında vəziyyət necədir?
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Çaylarda son vəziyyət necədi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 