Ermənistan birmənalı olaraq danışıqlar prosesini pozmağı qarşısına məqsəd qoyub və bunun üçün də müxtəlif siyasi əllaməliklərə əl atır.
ONN media xəbər verir ki, bunu Ermənistan parlamentində Qarabağ məsələsinin həllinə dair dinləmələrin təşkil edilməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, beynəlxalq hüquq baxımından Azərbaycanın ərazisi olan bir qurumun nümayəndələrinin Ermənistanın ali qanunverici məclisində dinləmələrə çağırılması hüquqi nonsensdir və bütövlükdə dünya düzəninə qarşı saymazlıqdır:
“Açıq-aşkar hüquqi nihilizm nümayiş etdirən Paşinyan hökuməti bu taktikası ilə Azərbaycanı özündən çıxarmağa və sülh prosesini düyünə salmağa çalışır. Çünki sözügedən dinləmələrin keçirilməsi faktiki olaraq danışıqlar prosesinə heç bir töhfə verə bilməz. Ermənistan rəhbərliyi açıq-aşkar danışıqlarda qət edilmiş məsafənin üstündən xətt çəkmək və prosesi tamamilə sıfır nöqtəsinə qaytarmaq xətti yeridir”.
Q.Hüseynlinin sözlərinə görə, işğalçının digər bir niyyəti isə hər vəchlə vaxt udmaq və bu müddət ərzində işğal prosesi ilə bağlı öz xeyrinə olan prosedurları həyata keçirməkdir:
“Ermənistan çox təhlükəli bir mövqe tutub. Bu, belə bir qənaətə gəlməyə imkan verir ki, məsələnin yeganə həll yolu məhz müharibə variantıdır. Görünür, Ermənistanın bu cür qeyri-konstruktiv addımı onun himayədarları tərəfindən də şirnikləndirilir”.
Qeyd edək ki, Ermənistan parlamenti yaxın zamanlarda Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər üzrə Komissiyalarında Dağlıq Qarabağ konfliktinin həllinə dairə dinləmələr təşkil etməyə hazırlaşır.
Dinləmələrin əsas müzakirə mövzusunun qondarma rejimin danışıqlar masası ətrafına qaytarılması ilə bağlı olacağı bildirilir. Axar.az



Qarabağ danışıqları bu halda bərpa edilə bilər
Nikol Qarabağ danışıqlarının üstündən yenə xətt çəkdi
Əsgərimizin yaralanmasına XİN-dən reaksiya
XİN-dən Paşinyanın çıxışına cavab
Biz sona qədər gedəcəyik - Prezident
Həmsədrlərin bu sintezi Azərbaycanı təmin etmir – Politoloq
Azərbaycan XİN-dən Artur Vanesyana CAVAB
Ermənistan sülh sazişini imzalamağa hazırlaşır - KİV
Moskvadan Qarabağla bağlı gizli TƏKLİF
Paşinyan Davosdan əliboş qayıdacaq – Səbəb
“Danışıqlar naminə danışıqlar hər kəsi taqətdən salıb”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 