Sünnət sözü Qurani-Kərimdə 14 dəfə işlənmişdir. "(Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan". ("Əhzab" 62).
"Məgər onlar keçmişdəkilər (barədə İlahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan". ("Fatir" 43).
"(Peyğəmbərlərin bu qələbəsi yazısı) əvvəlcədən (Lövhi-məhfuzda, baş verməsi isə ümmətlərdə) keçmiş İlahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan". ("Fəth" 23).
Sünnət dedikdə yol və üslub nəzərdə tutulur. Peyğəmbərin (s) sünnəti dedikdə, onun getdiyi yol və istifadə etdiyi üslublar nəzərdə tutulur. Allah Təalanın sünnəti haqqında isə iki hal bəyan olunur:
1. Allahın hikmətinin yolu.
2. Ona itaət və bəndəliyin yolu.
Hədislərimizdə dəfələrlə sünnət sözünə rast gəlmək olur. Beləliklə deyə bilərik ki, Allahın o tədbiri ki, davamlı və təkrarlıdır və Onun hikmətini, yolunu və iradəsini təzahür etdirər - İslam mətnlərinə görə Sünnətallah (İlahi yol, üslub) adlandırılmışdır. (Tebyan)
Ayətullah Cavadi Amuli buyurur: "Tarix boyu bütün ümmətlərin və millətlərin taleyi İlahi sünnət əsasında həyata keçmişdir. Heç bir hökumət və qüdrətin ondan qaçış yeri yoxdur. Həqiqətdə İlahi iradənin aləmdə həyata keçməsi sabit qanunlardır ki, elmi qanunlar kimi mütaliə edilə və istifadə oluna bilər. İctimai nizamda da tarix boyu insanların taleyində bu cür sabit qanunlar hakim olmuşdur. Millətlərin süqut etməsi qanunlara uyğun olmuşdur. Necə ki, insanların izzət və zilləti səbəblərə tabedir və heç bir iradə hikmətsiz deyildir".
Əllamə Təbatəbai sünnətə belə tərif vermişdir: "Sünnət sözü adi və yayılmış yol mənasını verir ki, öz istəyinə uyğun bəzən və ya daima baş verər. Sünnət yol mənasındadır ki, cəmiyyət Quranda seyr edər".
Şeyx Tusi deyir: "Sünnət ibarətdir yol və üslubdan. Hər kim bir işi bir dəfə və ya iki dəfə yerinə yetirər, sünnət ona aid olmaz. Çünki sünnət adi və yayılmış yoldur. Az əməl olunmaqla o, yol ola bilməz".
Ayətullah Misbah Yəzdi buyurur: "Baxmayaraq ki, Quran sünnət sözünü batil, kafir, müşrik, fasiq cəmiyyətə əzab vermək mənasında işlətmişdir, ancaq Allahın heç bir işini əbəs və hesab-kitabsız hesab etmədiyimizə görə, onların hamısını hikmətindən qaynaqlanan qanunlar hesab edirik. İlahi sünnəti İlahi felin qanunlarına, ya Allah Təalanın aləmi və ya insanları idarə etdiyi yollara aid edə bilərik".
Beləliklə deyə bilərik ki, bütün ümmətlərin, millətlərin taleyi həmişə İlahi sünnət əsasında həyata keçmişdir. İlahi sünnət dedikdə Allahın bu aləmi idarə etdiyi xüsusi yol nəzərdə tutulur.



Ramazan ayının 4 nurani, bərəkətli xüsusiyyəti
Bu yolla insan zülmət pərdələrini aradan qaldıra bilər
Orucluq ayı niyə "Ramazan" adlandırılır?
Qurani-Kərimdə danışığın qaydası barədə
Bəndəliyin düsturu
Qurban bayramı haqda min illik YANLIŞ
Düzgün təvəkkül etmək necə olur?
Möminlər behiştdə Allahı görə bilərmi?
Quran cənnət əhlini belə vəsf edir
İlham Əliyev bu qərarı qəbul etdi
Adam özünə ölüm arzulaya bilərmi?
“Yasin” surəsi oxuyanın çatdığı 10 bərəkət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 