Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri qardaş ölkələr arasındakı münasibətlərin yeni mərhələsini açacaq.
ONN media xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.
"Bizi dərin köklərə malik sıx qardaşlıq münasibətləri birləşdirir. Bizim ölkələrimizin prezidentlərinin siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb", - deyə o qeyd edib.
Nazir həmçinin deyib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir:
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir".



Prezident İlham Əliyev: “Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir”
Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat
Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - DETALLAR
Əliyev və Tokayevin imzaladığı 2 mühüm sənəd…
Qazaxıstandan Azərbaycana qeyri-xammalların tədarükü ilə bağlı YENİLİK
Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib
İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Türkiyə-Qazaxıstan münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldi
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Ərdoğan Azərbaycanla bağlı protokolu təsdiqləyib
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın tərkibi dəyişib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 