Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib. Energetika naziri energetika sektoruna Asiya İnkişaf Bankının dəstəyini yüksək qiymətləndirib. Bu əməkdaşlığın nümunələri kimi elektrik paylayıcı şəbəkəsinin yenidənqurulması, elektroenergetika sektorunun maliyyə bərpa planı, bu sahəyə özəl sektorun cəlb olunması çərçivəsində həyata keçrilən layihələri qeyd edib. Nazir hazırda ölkənin elektroenergetika sektorunda aparılan islahatlar, enerji sisteminin modernləşməsi, yeni qanunvericilik bazasının yaradılması, bərpa olunan enerjidən istifadə istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib və bu məsələlərdə beynəlxalq maliyyə qurumlarının, eləcə də Asiya İnkişaf Bankının dəstəyinin vacibliyini bildirib.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, Vençay Janq isə deyib ki, Asiya İnkişaf Bankı Azərbaycanla bir çox sahələrdə olduğu kimi enerji sektorunda da əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, xüsusilə yüksək texnologiyaların inkişafı və tətbiqini təşviq edən layihələr üzrə əməkdaşlıqda maraqlıdır. Enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi isə diqqət yetirilən məsələlərdəndir.
Görüşdə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə görüləcək işlərdən də bəhs edilib. Bildirilib ki, Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması məqsədilə seçilmiş beynəlxalq məsləhətçi şirkətlərin və layihənin əhatə etdiyi ölkələrin (Əfqanıstan və Qırğızıstan) maraqlı tərəflərinin iştirakı ilə yaxın vaxtlarda beynəlxalq seminarın keçirilməsi planlaşdırılır.
Bundan başqa Şəbəkə Məcəlləsinin hazırlanmasına dair məsləhət xidmətlərinin göstərilməsi, enerji səmərəliliyi üzrə ikinci dərəcəli qanunvericilik aktlarının işlənməsi, nomativ texniki bazanın formalaşdırılması, eləcə də sənayedə və binalarda enerji səmərəliliyinə nail olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Energetika Nazirliyində olub
Energetika Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru ilə görüş keçirilib
Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
Energetika nazirliyində növbəti görüş keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 