Avropa İttifaqının EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.
Nazirlikdən ONN media -ya bildirilib ki, Energetika nazirinin müavini Samir Vəliyev ölkəmizdə enerji strategiyasının hazırlanmasının metodologiyası ilə bağlı Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndirib. Nazir müavini deyib ki, energetika sektoru qarşısında mühüm hədəflər strateji yol xəritəsində müəyyənləşdirilib və bu, enerji strategiyası ilə bağlı sənədin hazırlanması üçün baza rolunu oynaya bilər.
Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının hazırki səviyyəsindən məmnunluğunu ifadə edən enerji və iqlim üzrə proqram meneceri Nataliya Miolato isə deyib ki, Aİ tərəfindən uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək veriləcək.
Bildirilib ki, sənəd hazırlanarkən ölkə üçün strateji hədəflər, inkişaf meyilləri, enerji resurslarının dinamikası, enerji təhlükəsizliyinin təminatı, enerji istehlakının strukturunda dəyişikliklər, bərpa olunan enerji mənbələri, beynəlxalq tendensiyalar, iqlim siyasəti kimi məsələlər nəzərə alınmalı və digər ölkələrin təcrübəsindən istifadə edilməlidir.
Tədbirdə enerji sahəsində strateji sənədlərin hazırlanmasına dair Avropa İttifaqı ölkələrinin təcrübəsi və enerji strategiyalarının təhlili, enerji sektorunun modelləşdirilməsi mövzularında təqdimatlar dinlənilib. Neft-qaz və elektrik enerjisi sektorları üzrə prioritetlər və strateji məqsədlərlə bağlı müzakirələr aparılıb.



Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
Energetika Nazirliyində növbəti görüş keçirilib
“Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə dəyirmi masa keçirilib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycanda enerji auditinin aparılması məsələləri müzakirə edilib
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 