Energetika Nazirliyində energetika nazirinin müavini Samir Vəliyevlə Ərəb Neft İnvestisiyalar Korporasiyasının (APICORP) İdarə Heyətinin sədri, Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin müavini Dr. Aabed Al-Sadoun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Korporasiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Aabed Al-Sadoun 43 ildir ki, fəaliyyət göstərən Korporasiya ilə SOCAR arasında əməkdaşlıq əlaqələrindən, birgə həyata keçirilmiş layihələrdən bəhs edib. Korporasiyanın İdarə Heyətinin növbəti iclasının Bakıda keçiriləcəyi qeyd olunub. Bildirilib ki, belə tədbirlər yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasına töhfə olacaqdır.
Energetika Nazirliyindən ONN media -ya verilən məlumata əsasən, Nazir müavini Samir Vəliyev ikitərəfli əməkdaşlığı neft-qaz sektoru ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələri sahəsində də inkişaf etdirməyin vacibliyini vurğulayıb. Bərpa olunan enerji sahəsində imkanları və hədəfləri diqqətə çatdıran nazir müavini bildirib ki, hazırda xarici investorların bu prosesdə iştirakının təmin edilməsi, eləcə də beynəlxalq təcrubənin öyrənilməsi istiqamətində işlər aparılır. Azərbaycanda xarici şirkətlərin hüquqlarının qanunla qorunduğunu və əlverişli mühit yaradıldığını deyən Samir Vəliyev Korporasiyanı ölkəmizdə ABOEM üzrə hər hansı bir layihəni birgə reallaşdırmağa dəvət edib.
Korporasiyanın baş icraçı direktoru Dr. Ahmed Ali Attiga təmsil etdiyi şirkətin bərpa olunan enerji sahəsində bir sıra dövlətlərlə əməkdaşlıq etdiyini və investisiya dəstəyi göstərdiyini deyərək, Azərbaycanla da bu istiqamətdə imkanları dəyərləndirəcəklərini bildirib.
Görüşdə neft-qaz, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib



Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Energetika Nazirliyində bu məsələlər müzakirə edilib
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Energetika nazirliyində növbəti görüş keçirilib
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 