Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, Energetika Nazirliyində Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələrdən danışan energetika nazirinin müavini Samir Vəliyev Avropa İnvesitisiya Bankının “Cənub Qaz Dəhlizi” layihəsinə maliyyə dəstəyini yüksək qiymətləndirib. Nazir müavini ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın enerji sektorunda genişləndirilməsində maraqlı olduğunu bildirib.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak isə deyib ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlıqda enerji layihələrinə xüsusi maraq göstərir. Vazil Hudak həmçinin bildirib ki, AİB bərpa olunan enerji mənbələri, əsasən külək və günəş enerjisi, neft-kimya məhsulları sahəsində əməkdaşlığa xüsusi önəm verir. Onun sözlərinə görə, Avropada külək enerjisinə ən böyük investisiya AİB tərəfindən ayrılıb.
Görüşdə bərpa olunan enerji mənbələrinin inkişafına Avropa İnvestisiya Bankının mümkün texniki və maliyyə dəstəyi, enerji səmərəliliyi, generasiya güclərinin artırılması, elektrik veriliş xətlərinin yenilənməsi kimi məsələlərlə bağlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.



İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Asiya İnkişaf Bankının vitse-prezidenti Energetika Nazirliyində olub
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
Energetika Nazirliyində növbəti görüş keçirilib
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparıldı
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 