Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) vitse-prezidenti Betsi Nelson, eləcə də qurumun Şərqi Avropa və Qafqaz regionu üzrə yeni icraçı direktoru Matteo Patrone ilə görüş keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev bankın Azərbaycanda fəaliyyətində özəl sektorun inkişafına və ölkə üçün strateji əhəmiyyət kəsb edən layihələrə dəstəyini yüksək qiymətləndirib. Nazir müavini hazırda energetika sahəsində islahatların yeni çağırışlara uyğun olaraq bazar münasibətlərinin formalaşdırılması, enerji resurslarından səmərəli istifadəsi, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafına nail olunması kimi istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələrinin istifadənin genişləndirilməsində özəl sektorun iştirakının və bu məqsədlə cəlbedici mühitin yaradılmasının vacibliyini vurğulayıb. Bu məsələrdə EBRD ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən və planlaşdırılan layihələrdən bəhs edib. Bildirilib ki, bərpa olunan enerjidən geniş istifadənin təmin edilməsi üçün şəbəkənin gücləndirilməsi layihəsinin həyata keçirilməsi üçün artıq məsləhətçi şirkət seçilib və fəaliyyətə başlanılıb.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, bundan başqa Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı EBRD ilə əməkdaşlıq əlaqələrinə toxunulub. “Tənzimləyici haqqında” qanun layihəsinin hazırlanması məqsədilə tenderdə qalib gəlmiş məsləhətçi şirkətin yaxın vaxtlarda elan ediləcəyi qeyd edilib.
Vitse-prezidenti Betsi Nelson təmsil etdiyi bankın Energetika Nazirliyi ilə əməkdaşlığa dəyər verdiyini və ölkədə enerji sektorunun inkişafında maraqlı olduqlarını bildirib. O, yaşıl iqtisadiyyat, enerji səmıərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafına dəstəyin Avropa Yenidənqurma və İnkişaf Bankının hazırlayacağı Azərbaycanda əməliyyatlar üzrə yeni strategiyasının üç istiqamətindən biri olduğunu vurğulayıb.
Görüşdə həmçinin ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması, eləcə də Azərbaycanla Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı Fondu (E5P fondu) arasında əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb.



Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Asiya İnkişaf Bankının vitse-prezidenti Energetika Nazirliyində olub
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Energetika Nazirliyində bu məsələlər müzakirə edilib
Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparıldı
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Energetika Nazirliyində olub
Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 