İyunun 1-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin iclası keçirilib.
ONN media -ya verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov
iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun “Günəş avtomobillərinin yol boyunca hərəkətinin riyazi modelləşdirilməsi: simulyasiya və vizuallaşdırılma” mövzusunda elmi məruzəsi dinlənilib.
R.Qardaşov qeyd edib ki, artıq neft məhsulları ilə işləyən avtomobillərin erası başa çatmaqda və akkumulyatordan qidalanan elektromobillərdən istifadəyə keçid başlamaqdadır. Növbəti mərhələdə hibrid – akkumulyator və Günəş enerji ilə işləyən avtomobillərə keçid olacağını deyən alim bildirib ki, yüksək effektli və maya dəyəri nisbətən az olan fotoelementlər kəşf edildikdən sonra isə əsasən Günəş enerjisi ilə işləyən avtomobillərdən istifadə olunacağı gözlənilir.
Natiq vurğulayıb ki, Günəş avtomobillərinin mühüm fərqi enerji qaynağının – Günəş enerjisinin avtomobilin xaricində olması və onun kəmiyyətinin tərəfimizdən idarə edilməsinin mümkünsüzlüyüdür. Günəş avtomobilinin panelinə düşən enerjinin miqdarı coğrafi nöqtədən və onu əhatə edən relyefdən, ilin vaxtından, atmosferin şəffaflığından asılı olaraq dəyişməkdədir. Bu səbəbdən Günəş avtomobillərinin optimal hərəkətinin təşkili üçün seçilmiş yol boyunca Günəş enerji potensialının hesablanması və buna uyğun olaraq avtomobilin hərəkətinin simulyasiyası zəruridir.
Alim Günəş enerjisi ilə çalışan avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırladığını nəzərə çatdırıb. O, əlavə edib ki, bu, iki modelin birləşməsindən ibarətdir: “Birinci “Günəş radiasiyası modeli”dir və bu yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən günəş enerjisini hesablayır. İkincisi isə “Günəş avtomobilinin hərəkətinin riyazi modeli”dir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr – dartı, ağırlıq, reaksiya və müqavimət, yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilib. Seçilmiş yollar – Bakı-Şamaxı, Zaqatala-Tbilisi və Hamburq-Berlin boyunca “SunRiser” günəş avtomobilinin hərəkəti simulyasiya edilib və monitorda vizuallaşdırılıb”.
R.Qardaşov bu modelin gələcəkdə geniş istifadə olunacaq günəş avtomobillərinin naviqasiya sisteminin əsasını təşkil edəcəyini diqqətə çatdırıb. AMEA-nın müxbir üzvünün fikrincə, bu model enerjidən optimal istifadə etməklə hərəkətin başlanğıc vaxtının seçimi, yol boyunca saxlanılması lazım olan optimal sürət, dağ keçidlərinə çatma vaxtı, akkumulyatordan istifadə və onun doldurulma vaxtlarının seçimi və s. problemlərin həllinə kömək edə bilər.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, müvafiq qərar qəbul olunub.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibinin qismən dəyişdirilməsi məsələsinə də baxılıb, Bölmənin qərarı ilə Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda Yer Elmləri Bölməsinin 2017-ci il hesabatına dair AMEA-nın RH-nin qərarında qarşıya qoyulan elmi məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.



AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib
Rəyasət Heyətinin növbəti iclası keçirilib
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilidi
AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
Alimlərimiz Sankt-Peterburqda keçirilən beynəlxalq forumda iştirak ediblər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 